Milli Məclisin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı əsasən sosial problemlərin həlli, işsizlik və fəxri adın verilməsi ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib,həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.
ÜLVİ QULİYEV
MİLLİ MƏCLİSİN DEPUTATI

