"Ümid edirəm köçkünlərimiz 2 aya iş tapacaqlar" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan könüllü şəkildə çıxmış emənilərə yeni maliyyə dəstəyi ilə bağlı proqramı açıqlayıb. 

Sabahinfo.az xəbər verir ki, bu barədə o,  "Facebook" hesabında yazıb. 

Onun sözlərinə görə, icarəyə və kommunal xidmətlərə görə əvvəlcədən elan edilmiş kompensasiyadan əlavə, hər bir köçkün dövlətdən daha 50 min dram alacaq.

"Ümid edirəm ki, Qarabağdan köçkün düşmüş bacarıqlı qardaş və bacılarımız yaxın iki ay ərzində Ermənistanda iş tapacaqlar", - Paşinyan qeyd edib.