Ümumdünya Sağlamlıq Təşkilatı həyacan siqnalı çaldı

ABŞ və Kanadada doğulan körpələr ana südünə həsrətdirlər.  Amerika Birləşmiş Ştatlarında və Kanada Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) ana südü ilə uzunmüddətli qidalanmanın vacibliyi tövsiyyələrinə məhəl qoymamaqda davam edir. Keçən həftə Cenevrədə keçirilən Ümumdünya sağlamlıq assambleyasında səsləndirilən 2 hesabatda Şimali Amerikada bu sahədə ciddi pozuntuların olduğu diqqətə çatdırılıb.
Ana südünün əvəzləyicisi istehsal edən şirkətlər və satışı ilə məşğul olanlar beynəlxalq kodeksləri kobudcasına pozurlar. Sözügedən kodeks 1981-ci ildə Ümumdünya sağlamlıq assambleyasında qəbul edilərkən yalnız ABŞ nümayəndələri əleyhinə səs vermişdilər. Bu sənəddə ana südü ilə qidalanmanı genişləndirmək və süni uşaq qidalarının istifadəsinə məhdudiyyət qoyulmasına kömək etməli idi.ÜST və UNİSEF ekspertlərinin qiymətləndirilməsinə görə, süni qidaları, yəni smeslərlə qidalandırılma hər il 1,5 milyon körpənin ölümünə səbəb olur. Bununla yanaşı, kodeksdə göstərilənlər hələ də ABŞ qanunvericiliyində öz yerini tapmayıb. Amerika Birləşmiş Ştatları hökuməti təkcə 1998-ci ildə süni körpə qidalarına 2 milyard dollar xərcləyib. Bu azmış kimi, süni qida istehsalçıları smeslərin ana südündən pis olmadığını iddia edirlər. Hesabatda qeyd edilir ki, körpələrin ana südü ilə qidalanması 6 ay tövsiyyə edilsə də, artıq iki həftəyə düşüb. Ekspertlər yalnız səkkiz anadan birinin körpəsinə ana südü verdiyini bildirir. Analoji hal Kanadada da müşahidə olunur. Ana südü əvəzləyicisi istehsal edən və satışı ilə məşğul şirkətlər valideyn dərgilərində süni qidaları reklam edirlər və hətta onun nümunələrini paylayırlar.