Uzunmüddətli perspektivə hesablanmış siyasət

Azərbaycanın beynəlxalq idman arenasında qazandığı möhtəşəm uğurlar düşünülmüş və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir. Bu siyasətin mərkəzində birmənalı olaraq Möhtərəm cənab Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı dayanır. Dövlət rəhbərimiz idmanın inkişafını gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və sağlam cəmiyyət quruculuğunda strateji sahə kimi qiymətləndirilməlidir. Məhz bu səbəbdən davamlı olaraq təşəbbüslər və bu təşəbbüslərdən qaynaqlanan perspektivlərin şahidi oluruq. 2025 - ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edən ölkə başçısı sözügedən istiqamətdə görülən işlər barədə əhəmiyyətli fikirlər səsləndirdi. O qeyd etdi ki, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb.

Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Keçən müddət ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində idman infrastrukturu köklü 1şəkildə yenilənmiş, beynəlxalq yarışları ən yüksək səviyyədə keçirmək potensialına malik müasir idman kompleksləri, olimpiya mərkəzləri, stadionlar və zallar istifadəyə verilmişdir. Bu isə öz növbəsində kütləviliyin artmasına və gənc istedadların üzə çixmasına geniş imkanlar yaratmışdır.

Azərbaycan dəfələrlə mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etmişdir. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula - 1, futbol üzrə Avropa çempionatının oyunları kimi dünya səviyyəli yarışlar məhz ölkəmizin yaratdığı imkanlar çərçivəsində reallaşmışdır. Bütün bunlar Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu il də Azərbaycan daha bir mötəbər idman yarışına ev sahibliyi etdi. Ölkənin müxtəlif regionlarında keçirilən 

MBD ölkələrinin üçüncü Oyunları bölgələrdə idmanın inkişafına mühüm töhfələr verdi. Bununla bağlı dövlət rəhbəri çıxışında vacib məqamlara toxundu. O bildirdi ki, "MDB ölkələrinin üçüncü Oyunları çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir"

Bütün bunlar onu göstərir ki, Azərbaycanın idmanın siyasəti uzunmüddətli perspektivlərə hesablanmış düzgün strateji yanaşma nəticəsində mütəmadi olaraq ciddi uğurlara imza atacaq, üç rəngli bayrağımız qazanılan uğurlar şövqündə qürurla dalğalanacaqdır.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

 

27 Dekabr 2025-ci il