Vasif Tağıyevin anası: “İnanırıq ki, üçüncü əməliyyata ehtiyac olmayacaq” - VİDEO

“Allaha şükür, Vasif yaxşıdır, normal yemək yeyə bilir. Bəzi tikişləri qalıb, Allahın izni ilə bu həftə onlar da sökülər. İnanırıq ki, üçüncü əməliyyata ehtiyac olmayacaq”.

Pravda.az xəbər verir ki, bunu İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva deyib.

Təranə Tağıyeva oğlu ilə maraqlanan hər bir kəsə təşəkkür edib:

“Prezident İlham Əliyevə Vasifə və Vasifin ailəsinə göstərdiyi diqqət və qayğıya görə öz ailəmiz adından təşəkkür edirəm. Vasifi əməliyyat edən bütün həkim kollektivinə, onun vəziyyəti ilə tez-tez maraqlanan insanlara təşəkkürümüzü bildiririk”.

Xatırladaq ki, Vasif Tağıyev iyulun 7-də əməliyyat olunub.