Vatsapda yeni FUNKSİYA

Vatsapın Android üçün beta versiyasında “Parametrlər” bölməsi yenilənib və yeni funksiya əlavə edilib. 

Sabahinfo.az xəbər verir ki, bu barədə məlumatı “WABetaInfo” portalı yayıb. 

Yeni funksiya sayəsində istifadəçilər Vatsapdan qeydiyyatdan keçərək bir cihazda bir neçə hesabdan istifadə etmək imkanı əldə ediblər. 

Beləliklə, yeni funksiya sayəsində hesablar arasında keçid etmək mümkün olacaq. 

Bildirilir ki, istifadəçilər əlavə olaraq yalnız bir hesab əlavə edə bilərlər. Gələcəkdə isə bu sayın artırılacağı istisna edilmir.