Vəkillər Kollegiyasına mətbuat katibi təyin edildi

Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib.

Sabahinfo.az xəbər verir ki, jurnalist İsmayıl Nəsibli Kollegiyanın mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Buna qədər o “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində işləyirdi.