Vətən müharibəsi iştirakçısı Moskvada göldə boğuldu

Vətən müharibəsi iştirakçısı Elgün Xəlilov dünyasını dəyişib.

Sabahinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, mərhum Rusiyanın Moskva şəhərində göldə boğulub.

Qeyd edək ki, 22 yaşlı E.Xəlilov Lənkəran rayonunun Xolmili kəndindəndir. O, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.