Vətən müharibəsi şəhidinin anası vəfat edib

Vətən müharibəsi şəhidi Faiq Vəlizadənin anası dünyasını dəyişib.

Sabahinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Şəhidin anası Göyçək Hacıağayeva yaşadığı Zərdab rayonunda vəfat edib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü gizir Faiq Vəlizadə 2020-ci ilin oktyabrın 17-si Suqovuşan istiqamətindəki döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.