Vətənpərvər ruhlu tibb ocağı

44 günlük Vətən Müharibəsində düşmən üzərində qazandığımız tarixi qələbədən artıq 5 il ötür. Bu möhtəşəm qələbə nəticəsində müzəffər Ordumuzun gücü, qüdrəti ilə 30 ildən artıq yağı taptağında inildəyən doğma Qarabağımızı, dədə-baba torpaqlarımızı geri qaytardıq. Erməni quldurları tərəfindən yağmalanan, yerlə yeksan edilən, bir sözlə xarabalığa çevrilən həmin ərazilərdə indi həyat yenidən canlanır, tikinti-quruculuq, abadlıq işləri aparılır.

Qeyd etmək yerinə düşər ki, tarixi qələbənin əldə olunmasında qanı, canı ilə döyüşən, döyüş zamanı qapalı və açıq kəllə-beyin taravması alan Vətən oğullarının Qazilərin sağlıq durumu ilə bu gün ciddi məşğul olan, onlara xüsusi diqqət və qayğı göstərən tibb ocaqlarından biri və bəlkə də birincisi Respublika Psixatriya Xəstəxanası Publik Hüquqi Şəxsdir. Sözügedən tibb ocağına rəhbərlik edən tibb ilə həyat təcrübəsini insanlıq çərçivəsində birləşdirən və bunu əməli işində tətbiq edən Orxan Rasim oğlu Cəfərovun bu istiqamətdə yüksək potensiala malik olduğu hər kəsə gün kimi aydındı. Elə sonuncu Resbublika Narkoloji Mərkəzində baş direktor vəzifəsində fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər, qoyduğu nümunəvi rəhbər izi bunun bariz nümunəsidir. Vətən oğullarına diqqət və qayğı Xəstəxananın qarsıya qoyduğu ümdə məsələdir. Məhz baş direktorun göstərişinə uyğun olaraq Vətən Müharibəsi zamanı döyüşdə aldıqları baş-beyin travması ilə əlaqədar xəstəxanaya üz tutan müharibə iştirakçıları elə ilk andan qəbul otağında yüksək hörmətlə, nəzakətlə qarşılanır, təcrübəli psixiatr həkimlər tərəfindən onlara hər cür şərait yaradılır, o cümlədən düzgün diaqnoz qoyulur və diaqnoza uyğun lazimi tibbi-müalicəvi xidmət göstərilir. Müalicə aldıqları müddətdə eyni zamanda Qazilər yüksək kaloriyalı, təmiz və keyfiyyətli qidalanma ilə təmin olunurlar. Müalicə müddətində, həmçinin təyin edilən günlərə uyğun həkim komissiyası təşkil olunur, xəstəliklərinin ağırlığından və ya yüngüllüyündən asılı olaraq, tibbi-müayinəvi baxışın nəticələrinə əsasən tibb vərəqələrinə müvafiq qaydada diaqnoz qoyularaq, qeydlər yazılır.

Çağırışçılar razılıq edirlər

Qeyd edək ki, sözügedən xəstəxanaya Qazilərlə yanaşı, aidiyyatı səfərbərlik və hərbi xidmətə çağırış idarələri tərəfindən müayinə olunmaq məqsədilə göndərilən çağırışçılara da oxşar diqqət və qayğı göstərilir, qeydə alınan hər bir çağırışçı burada bir sıra analizləri verdikdən sonra, müəyyən olunan gündə növbə ilə hərbi həkim komissiyasından keçirilir. Tibb personajının işinə gəldikdə isə, Komissiyanın sədri Elxan Əsədov başda olmaqla, komissiya üzvləri, təcrübəli psixiatrlar Oqtay Tapdıqlı, Cəmilə Həsənova, Aydan Quliyeva çağırışçıların hər birini diqqətlə dinləyir, hərəkət, davranış və danışıqları ilə yaxından tanış olur, onları narahat edən bu və digər cəhətləri ilə bağlı sual-cavab edir, hər hansı psixioloji, psixiatrik hal müşahidə olunan çağırışçının hərbi xidmətə yaralı və ya yararsız olduğuna dair ədalətli qərar qəbul edir, sağlıq durumunda narahatlıq doğuran hansısa psixi əlamətlər aşkar olunmadıqda isə çağırışçının həqiqi hərbi xidmətə yararlılı olması ilə bağlı sənədi imzalayırlar.
Qeyd: Qəbuldan material hazırlayarkən dindirdiyimiz hər bir çağırışçı yuxarıda qeyd etdiklərimizi təsdiqlədi, burada özlərini çox rahat hiss etdiklərini, göstərilən təkcə tibbi deyil, həmcinin insanlıq nümunəsindən, həkim qayğısından razı qaldıqlarını bildirdilər.
Apardığımız müşahidələr, əldə etdiyimiz pozitiv materiallar onu deməyə əsas verir ki, Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin fədakar kollektivi nümunəvi fəaliyyəti, peşəkar tibbi xidməti ilə digər səhiyyə müəssisələrinə nümunədir! Təbii ki, rəhbər yerində olarsa, kollektiv də yerində olar!

Bəradər Səməndərli
"Atributinfo.az"
Baş redaktor