Vilayət Eyvazov bu şöbəyə yeni rəis TƏYİN ETDİ

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Samir Məcidov tutduğu vəzifədən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, Samir Məcidov Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə rəis təyin olunub.