Xalqımızın seçimi bəllidir

Naftalanda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Naftalan şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvləri Hatəm Qocayev, Esmira Zeynalova və Eltəkin Quluyev çıxış ediblər.

Qeyd olunub ki, cənab İlham Əliyevin prezidentlik dönəmi birmənalı şəkildə çağdaş tariximizə Azərbaycan dövlətinin inkişaf və yüksəliş dövrü kimi yazılır. Onun yürütdüyü mükəmməl daxili və xarici siyasətin nəticəsi olaraq iqtisadi, siyasi, hərbi və digər sahələrdə əldə olunan nəticələr ölkəmizi beynəlxalq arenada regionun lider dövləti statusundan böyük güclərlə bərəbərhüquqlu əməkdaşlıq zirvəsinə yüksəltdi.

Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə, daha parlaq gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə cənab İlham Əliyevin liderliyi ilə yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycanın gələcəyinə səs verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Həmçinin, seçicilərlə fərdi görüşlər də keçirilib, o cümlədən Naftalan şəhərindən olan şəhid Bəhruz Quliyevin ailəsi ziyarət olunub.