Xankəndi-Laçın yolu: Aksiya 89 gündür davam edir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində kemirdikləri dinc etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 89-cu günüdür.

Havanın soyuq olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib. Adəti üzrə növbəti günə də Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayan aksiya iştirakçılarınını tələb və şüarları dəyişməz olaraq qalır. Belə ki, aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb olunur. 

İştirakçılar bu tələblərlə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.