Xarkovun ən çox zərər görmüş rayonundan qorxunc kadrlar - VİDEO

Sosial şəbəkələrdə müharibədə ən çox zərər çəkmiş Xarkovun Severnaya Saltovka rayonundan görüntülər yayılıb. Xarkovun şimal-şərq hissəsində yerləşən rayon əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biri olub.

Kadrlarda Rusiya Ordusunun ona xeyli ziyan vurduğunu görmək olar. Mərmi izləri çoxmərtəbəli binalarda, avtomobillərdə, hətta yolların kənarında dayanan avtobuslarda da görünür. Bəzi çoxmərtəbəli binalar artıq tamamilə yararsız vəziyyətə düşüb.

Bildirilir ki, rusiyalı hərbçilər müxtəlif növ silahlardan, artilleriyadan və aviasiyadan istifadə etməklə fevralın 24-dən bəri bu ərazini mütəmadi olaraq atəşə tuturlar.