Xətaidə mənzildə köməksiz qalan uşaq xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bir uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə 17 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.