Xocalıda Natiq Qasımovun adına küçə verilə bilər

“Əlində Azərbaycan bayrağı ilə 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımov barədə Azərbaycan Prezidentinə dəqiq məlumat verilsə, o haqq etdiyi ada layiq görülə bilər”.

Sabahinfo.az xəbər verir ki, Milli Məclisin deputatı Sahıb Alıyev bildirib.

O təklif edib ki, işğaldan azad edilən Xocalıda küçələrdən birinə Natiq Qasımovun adı verilməlidir: “Mən Natiq Qasımovun görən Xocalı sakini Cəfər Cəfərovla və Natiq Qasımovun ailə üzvlərilə görüşmüşəm. Onun qəhrəmanlığı yüksək səviyyədə qiymətləndirilməlidir”.