Xocalıdan yeni görüntülər - VİDEO

Xocalı şəhərində bərpa işləri sürətlə davam edir.

Sabahinfo.az xəbər verir ki, bu barədə AzTV-nin "Həftə” analitik-informasiya proqramında yayımlanan reportajda məlumat verilib. 

Qeyd edilib ki, 32 il əvvəl azərbaycanlılara qarşı soyqırımın törədildiyi Xocalıda hazırda 383 evdə təmir-bərpa işləri aparılır, yararsız evlər yenidən tikiləcək.

Dağıntılarla yanaşı ekoloji terrora məruz qalan Xocalıda abadlıq və məişət tullantılarından təmizlənmə işləri həyata keçirilir.