XUDAYARIMIZ

“Vətən yaxşıdır” mahnısı ilə özünü hər kəsə sevdirən şəhid Xudayar Yusifzadə 1998-ci ilin iyulun 15-də Bərdə şəhərində anadan olub.

Sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi 44 gündən sonra başa çatdı. Amma bu müharibə bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərdi. Onlar arasında elə ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də oldu, Xudayar Yusifzadə kimi.