YAP-ın iki təşkilatına sədr təyin edildi

Bayram Mirazim oğlu Aslanov Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, İsmayıl Hüseyn oğlu İbrahimov isə partiyanın Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə təyin olunublar.

Sabahinfo.az xəbər verir ki, Bayram Aslanov və İsmayıl İbrahimov YAP İdarə Heyətinin iclasında çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Qeyd edək ki, daha əvvəl YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov olub. O, bu ilin mart ayında səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

YAP Hacıqabul rayon təşkilatının keçmiş sədri Elnur Əmiraslanov da səhhəti ilə bağlı vəzifəsindən ayrılıb.