Yaponiyada qasırğa səbəbindən 350-dən çox aviareys təxirə salınıb - VİDEO

Yaponiyanın Kyusyu adasının şərqində tüğyan edən “Kanun” qasırğası səbəbindən Yaponiyada ən azı 360 aviareys ləğv edilib.

Məlumata görə, ölkənin cənub-qərbində Şinkansen sürətli dəmiryolu xətlərinin fəaliyyəti tamamilə dayandırılıb. Qatarların hərəkətinin bərpasının vaxtını proqnozlaşdırmaq mümkün deyil.

Ölkənin cənub-qərbindəki dörd prefekturada 17 mindən çox ev elektrik enerjisinin kəsilməsi səbəbindən işıqsız qalıb.

Qeyd edək ki, Yaponiyanın cənubunda bir həftədən artıqdır ki, “Kanun” qasırğası Okinava və Kyusyu adalarında güclü yağışlara səbəb olub. Həmçinin, ötən həftə Yaponiyada qasırğanın fəsadları səbəbindən iki nəfər ölüb, 50-dən çox insan yaralanıb.