Yaşadılan tarix şanlı tarixdir...

Xalq həmişə müstəqillik mübarizəsi aparıb. Bu mübarizə əsarətlə, müstəbidliklə mübarizə ki­mi tarixləşib. Belə mübarizələr xalqın dövlətçilik amalının mübarizəsi olub, “azadlığı zərrə-zərrə, qram-qram istəməyənlərin” mübarizəsi kimi yaşadılıb. Ona görə də belə mübarizələr dön­məz olub və qalib gəlib. Dönməzlik qətiyyət deməkdir. Belə qətiyyət zaman anlamında da­ha nurlu, daha işıqlı sabahlar naminə ehtiramla əhatələnib.

1990-cı ilin aprelin 28-də İmperiya Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq etdi, Nə demokratiyaya düşmən olan siyasi rejim, nə siyasi təzyiqlər, nə siyasi rejimin Lefortovo, Sibir hədələri xalqın əzmini titrədə bilməzdi, titrədə bilmədi. 71 il hərdən gizlin, hərdən aşkar milli-azadlıq hərəkatını gerçək yolundan, müqdəddəs yolundan döndərə bilməzdi.

Azərbaycanda milli-azadlıq hərəkatı genişləndi. Bu hərəkat dili söz tutanların sayı qədər ürəyin hərəkatı idi, bu hərəkatın bu sayda mücahidi vardı.

İmperiya bu hərəkatın təşkilatlanmasından ehtiytlanırdı – Azərbaycanda milli-azadlıq hərəkatı təşkilatlandı. İmperiya yüksək siyasi əqidəyə söykənən bu hərəkatın alovunu söndür­mək üçün ən dəhşətli üsullardan da istifadə etdi – 1990-cı ilin 20 yanvarında Bakıda və daha bir neçə şəhərdə qırğın törətdi. Bu, imperiyanın Azərbaycanda milli-azadlıq hərəkatından güc­süz olduğunun təsdiqi idi...

90-cı illərin sonlarında dünyanın demokratik dövlətələri, dünyanın demokratik düşüncəli siyasətçiləri etiraf edirdi ki, Azərbaycanda milli-azadlıq hərəkatı öyrənilməlidir. 30 il sonra ey­ni fikirlər Vətən müharibəsi haqqında da deyildi...

İmperiyanın ilhaq zənciri Azərbaycanda qırıldı...

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azər­bay­ca­nın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. İndi Müstəqilliyin Bərpası Günü adlandırılır.

Tarix yaşadılır. Yaşadılan tarix şanlı tarixdir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı