Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq əsasında aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın göstərilib.
Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatlar Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdir müavini Mehdi Qurbanovun iştirakı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında vətəndaşlara növbəti ödənişsiz hüquqi yardım aksiyası keçirilib.
“Pro Bono” vəkil bürosunun vəkilləri tərəfindən ümumilikdə 21 aztəminatlı Yasamal rayon sakinlərinə müxtəlif hüquq sahələri, o cümlədən mülkiyyət hüquqları, torpaq mübahisələri, aliment və aliment ödənişi, əlillik məsələləri, sosial təminatlar və inzibati işlər üzrə müraciətləri dinlənilərək məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr tərtib edilib.