“Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində Yasamal rayonunda yekun tədbir keçirib.
Layihə rəhbəri Nəzakət Həsənova tədbirdə çıxış edib. Bildirib ki, 3 ay həyata keçirilən layihə çərçivəsində 5 şəhid ailəsi ziyasət olunub, layihə çərçivəsində 10 yazı hazlrnaraq KİV-də yayımlanıb, 1 TV verliş hazırlanıb, Lənkəran, Masallı, Yasamal rayonlarında tədbirlər keçirilib.
N.Həsənovaonu da qeyd edib ki, belə bir tədbirlərin həyata keçirilməsi şəhid ailələri ilə vətəndaş cəmiyyəti münasibətlərinin daha da dərinləşməsini təmin etməkdən ibarətdir.
Tədbirdə çıxış edən jurnalist Ədil Ədilzadə layihə barəsində ətraflı məlumat verib. Bildirib ki, 3 ay həyata keçiriləcək alyihə çərçivəsində şəhid ailələri ilə iş aparılıb. Onun sözlərinə görə, layihə çərçivəsində dərc olunan yazılarda şəhid ailələrinə göstərilən diqqət və qayğı, hökumətin həyata keçirdiyi siyasət barəsində məlumat verilib. Hazırlanan TV verlişdə Milli Məclisin deputatı Müşfiq Məmmədli iştirak edib. Müşfiq Məmmədli şəhid ailələri ilə bağlı mövcud vəziyyət, onlara şamil olunan güzəştlər və hökumətin bu yöndə atdığı addımlardan danışıb.
Tədbirdə çıxış edən şəhid və vətən müharibəsi iştirakçıları öz təkliflərini verdilər.




