Yaşar Gülər Yunanıstana gedəcək

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Yunanıstana gedəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə Y.Gülər Türkiyə Böyük Millət Məclisində (TBMM) jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ankara ilə Afina arasında qarşılıqlı etimad mühiti yaradılması istiqamətində işlər uğurla davam edir: “Yunanıstana gedəcəyik. Tarix hələ məlum deyil. Bunu qarşı tərəf müəyyənləşdirəcək”.