"Yaxın gələcəkdə təbii fəlakətlərin sayı artacaq" - Nazir müavini

"Təəssüflər olsun ki, son zamanlar inkişaf səviyyəsindən asılı olmayaraq ölkələrin iqtisadiyyatı iqlim dəyişmələri nəticəsində böyük zərər görür".

Sabahinfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Nazir müavini bildirib ki, alimlərin proqnozlarına görə, yaxın gələcəkdə təbii fəlakətlərin sayı və təkrarlanması artacaq. Bu da bütün ölkələrin qarşısında yeni çağırışlar qoyur.