Yevlaxda qəza: Hərbçimiz yaralandı

Yevlaxda minik maşını motosikletlə toqquşub.

Sabahinfo.az xəbər verir ki, hadisə səhər saatlarında Hacıselli kəndi yaxınlığından keçən magistral yolda baş verib. "Nissan" markalı avtomobilin motosikletlə toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Allahverdiyev Məhyəddin Əsəd oğlu yaralanaraq xəstəxanaya çatdırılıb.

Onun hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Unikal