Yol polisi faktiki hava şəraiti ilə bağlı müraciət etdi

DİN-in ​Baş Dövlət Yol Polisi İdarəsi faktiki hava şəraiti ilə bağlı müraciət edib.

Sabahinfo.az  xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə müşahidə olunan küləkli havanın axşamadək davam edəcəyi, arabir güclənəciyi gözlənilir.

Baş DYP İdarəsi küləkli havanın bir neçə gün əvvəl yağan qarın yollarda yaratdığı əlverişsiz şəraitə mənfi təsirini də nəzərə alaraq, hərəkət iştirakçılarına diqqətli olmağı, axşam saatlarında yolların buz bağlama ehtimalını unutmamağı, nəqliyyat vasitələrini sürüşmə, uçulma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı, park edərkən qapalı məkanlara üstünlük verməyi, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücülərinə daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi tövsiyə edir".