Yunanıstandakı “Qala” cəmiyyəti bağlandı: Deputat çağırış etdi

Deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü iclasında Azərbaycan-Yunanıstan parlamentlərarası işçi qrupun rəhbəri kimi hökumət strukturlarına xahişlə müraciət edib.

Cebhe.info xəbər verir ki, deputat Yunanıstanda fəaliyyətini dayandıran “Qala” cəmiyyəti ilə bağlı hökumətə müraciətində onun fəaliyyətini davam etdirməsi üçün səy göstərməyi xaiş edib:

“Yunanıstanda bizim kifayət qədər geniş icmaya malik “Qala” cəmiyyətimiz var, bu cəmiyyət mürəkkəb coğrafiyada həmişə maraqlarımızı müdafiə edib, informasiya müharibəsində bizim Yunanıstandakı səsimiz olub.

Ötən gün artıq cəmiyyətin fəaliyyətinin dayandırılması barədə qərar verildi, səbəbləri mən burada açıqlamıram, sadəcə mən aidiyyəti strukurlardan məsələni nəzarətə götürməyi, cəmiyyəin bağlanmaması üçün mümkün səyləri əsirgəməməyi xahiş edirəm”.