Zəfərin mübarək, Azərbaycan!

"8 Noyabr 2020-ci il, Azərbaycanın ən şərəfli səhifələrindən biri, Zəfər Günü kimi tarixə qızıl hərflərlə yazıldı. Zəfər Günü Azərbaycana çox şey verdi. Ən əsası isə, xalqın sınmış qürurunu bərpa etdi". Bunları Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Onun sözlərinə görə, bundan böyük xoşbəxtlik ola bilməz:

"44 günlük müharibə və 2023-cü ilin sentyabr ayında keçirilən bir günlük anti-terror əməliyyatları, Azərbaycan xalqını dünyaya başqa cür tanıtdı. Beynəlxalq nüfuzunu dəfələrlə artırdı. Bu gün bütün dünya gücləri Azərbaycanla hesablaşır.
Zəfərin mübarək, Azərbaycan!!!".

Nəsib Məhəməliyev, "Zəfərlərimizin bol olması arzusu ilə, Müzəffər Ali Baş Komandanı, Şəhid ailələrini, Qaziləri, veteranları, Silahlı Qüvvələrin şəxsi heyətini, xalqımızı, bütövlükdə Türk Dünyasını təbrik edirəm".