Zelenski Ərdoğandan xahiş etdi

Ukrayna dünyanın ən böyük təyyarəsi AN-225 "Mriya"nı yenidən bərpa etmək istəyir.

Sabahinfo.az teleqraf.com-a istinadən xəbər verir ki, yeni təyyarənin tikintisi ən azı 800 milyon dollara başa gələcək.

Ukrayna Prezidenti Zelenski bildirib ki, o, Türkiyə Prezidentinə ikinci "Mriya"nın tikilməsi təklifi ilə müraciət edib:

"Pul tapa bilmədik. Lakin bu, pul məsələsi deyil, ambisiya məsələsidir. Bu, dövlətimizin və bu müharibədə həlak olan bütün mükəmməl peşəkar pilotların imicinə aid məsələdir", - deyə Zelenski vurğulayıb.

Yeni "Mriya" həlak olan ukraynalı pilotların xatirəsinə həsr olunacaq.

Qeyd edək ki, fevralın 27-də Kiyev yaxınlığındakı Qostomel hava limanına rus qoşunlarının hava hücumu nəticəsində Ukrayna istehsalı olan ən böyük və güclü AN-225 "Mriya" təyyarəsi yandırılıb.