44 günlük Vətən müharibəsi şanlı tariximizdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli rayonunda 27 sentyabr tarixli çıxışında bir çox əhəmiyyətli məsələlərə toxunaraq, vurğulamışdır ki, qəhrəman Azərbaycan Ordusu 44 gün ərzində 300-ə yaxın şəhər və kəndlərimizi düşməndən azad etmişdir.

Otuz ilə yaxın bir müddətdə işğal altında olmuş tarixi torpaqlarımızdan düşməni qovaraq, dövlətimiz erməni tərəfini kapitulyasiya aktına imza atmağa və məğlubiyyətini gəbul etməyə məcbur etmişdir.

Təcavüzkar Ermənistana beynəlxalq hüquqdan irəli gələn sanksiyalar tətbiq etmək, ışğalçını sülhə məcbur etmək əvəzinə beynəlxalq təşkilatlar və bəzi dövlətlər yalnız seyrçi mövqeyi tutmağa üstünlük verdiyi şəraitdə, xalqımız möhkəm birlik, sarsılmaz iradə nümayiş etdirərək, sübüt etdi ki, hər cür düşməni çökdürə bilər. Azərbaycan Ordusu dayanmadan, durmadan, usanmadan, şəhidlər verərək Zəfərə doğru inamla addımladi və üçrəğli bayrağımızı Qarabağda dalğalandırdı. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və parlaq qələbəyə imza atan ölkə kimi əbədi yaşayacaq. Bu ğün hər bir vətəndaşımız fəxr edir ki, Azərbaycan torpağının övladıdır.

Vətən müharibəsində misilsiz qəhrəmanlıqla döyüşmüş, ölkəmizin ərazi bütövlüyünü bərpa edərək, bu yolda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Ölkə Başçısı 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. 27 sentyabr – böyük Zəfərə aparan yolun başlanğıcı kimi, bizim tarixi yaddaşımıza əbədi olaraq həkk olunmuşdur.

Azərbaycan böyük mücadilədə qələbə əldə edərək, bütün dünyaya bəyan etdi ki, hər cür təhdidin qarşısını almaq iqtidarındadır və ölkəmizin hər qün artan hərbi gücü müstəqillimizin, suverenlimizin etibarlı təminatçısıdır.


Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü