Aksiyanın 93-cü günü:Tələblər və şüarlar dəyişməzdir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc etiraz aksiyası davam edir.

Adalet.az xəbər verir ki, bu gün aksiyanın 93-cü günüdür. 

Aksiya gecə saatlarında da davam etdirilib. İştirakçılar həmişə olduğu kimi, bu gün də səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən aksiya işrirakçılarının şüarları da dəyişməz olaraq qalır. Aksiyada "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirilir.

Qeyd edək ki, Laçın-Xankəndi yolu aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.