AZAL Pakistan və Hindistana reysləri bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün Azərbaycan Hava Yollarının (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

Bu barədə Sabahinfo.az-a AZAL-dan məlumat verilib. 

Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.