Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında istefada olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədovun 70 illik yubileyi qeyd edilib.
Giriş sözü ilə çıxış edən təşkilatın sədri, polkovnik Cəlil Xəlilov Bayram Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik edib, həyatının 50 ilini vətənə və xalqa ləyaqətlə xidmət etməsindən bəhs edib və ona təşkilatın fəxri üzvü olması vəsiqəsini təqdim edib.
Sonra yubiley tədbirini aparmaq üçün sözü görkəmli alim, əməkdar elm xadimi Sudeyif İmamverdiyevə verib. Sudeyif İmamverdiyev polkovnik -leytenant Bayram Məmmədovun çoxşaxəli fəaliyyətindən, müdrikliyi və sadəliyi ilə ətrafındakı insanların hörmət və ehtiramını qazanmasından danışıb.
Milli Məclisin deputatı Səbinə Xasayeva, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova ,siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyev, Zəngilan rayonunun sabiq icra başçısı ,müharibə və əmək veteranı Vəli Quliyev, polkovnik Sərvər Cəbrayılov, hüquq üzrə fəlsəfə doktoru, müharibə veteranı, polkovnik- leytenant Allahverdi Teymurov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, Qarabağ müharibə veteranı, AJB-nin üzvü Azər Əliyev, Azərbaycan Respublikası Şəhid Ailələri ,Əlilləri və Müharibə Veteranları Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov, tələbə dostları təqəqqi medallı əmək veteranı Tariyel Yolçuyev və Hüseyn Naibov çıxışlarında yubilyarın şərəfli və mənalı ömür yoluna nəzər salıblar. Natiqlər Bayram Məmmədovun 1991-1993-cü illərdə doğulub boya-başa çatdığı Zəngilanın müdafiəsi üçün göstərdiyi fədakarlıqdan danışıblar.Polkovnik-leytenant Bayram Məmmədovun Azərbaycanın ordu quruculuğunda xidmətlərindən, beynəlxalq təşkilatlarda ,nüfuzlu küsrülərdə bir hərbiçi kimi ləyaqətlə təmsil etməsindən və eləcədə gənc hərbiçilərin formalaşmasında göstərdiyi müstəsna xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.Bayram Məmmədovun bütün həyatını, fəaliyyətini xalqımızın mənəviyyatının zənginləşməsinə həsr etdiyi qeyd edilib.Çıxış edənlər Bayram Məmmədovun halal zəhməti, intellekti, zəkası, dərin düşüncəsi ilə yüksək pillələrə ucalmasından danışıblar.Onun xalq qarşısındakı böyük xidmətlərinə görə ölkə başçısı tərəfindən "Əməkdar müəllim" fəxri adına layiq görüldüyünü xatırlayıblar.
Əslən zəngilanlı,şairə Nazlı Cəlilli yubilyara həsr elədiyi şeiri oxuduqdan sonra sonda tədbirin aparıcısı Sudeyif İmamverdiyev sözü Bayram Məmmədova verib.Yubilyar, polkovnik -leytenant, əməkdar müəllim Bayram Məmmədov Azərbaycan Respublikası Müharibə,Əmək və Silahlı.Qüvvələr Veteranlar Təşkilatının sədri, polkovnik Cəlil Xəlilova ona göstərilən diqqətə və təşkilata üzv qəbul elədiyinə görə təşəkkür edib.
Bayram Məmmədov gecəni yüksək səviyyədə apardığına görə Türk Ağsaqqalları Birliyinin sədri, əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli uroloq- alim Sudeyif İmamverdiyevə təşəkkür edib və tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib.