"Akulalar dövlət büdcəsini talayırlar, arxasızlar isə..." - Razi Nurullayev

“Dövlət satınlamalarında akulalar dövlət büdcəsini talayırlar. Arxasızlar isə dövlət tenderlərinə yaxın gedə bilmirlər”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında deputat Razi Nurullayev bildirib.

“Dövlət satınlamlarında şəffaflıqla bağlı problemləri müşahidə etmişik" deyən R.Nurullayev bildirib ki, bir şirkət bir dövlət orqanının tenderlərində dəfələrlə qalib gəlir. 

Deputat qeyd edib ki, onlar dövlət qurumlarının “sevilən şirkətləri”dir.

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti akullarla müzakirədə müəyyən şəfafflıq ortaya qoya bilib”, - deyə Tazi Nurullayev əlavə edib.