“Artıq yeni dövrdə siyasət məsələsi arxa planda qalacaq” - Fazil Mustafa

“Artıq yeni dövrdə siyasət məsələsi arxa planda qalacaq”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında deputat Fazil Mustafa deyib

“İqtisadi, sosial məsələlər önə çıxacaq. İndi Qarabağın inkişafı ön plandadır. Belə bir dövrdə Əli Əsədov kimi iqtisadçı alimin, ixtisaslı insanın baş nazir seçilməsi doğrudur. 8 dekabr Əli Əsədov baş nazir seçildi, ondan 4 ay sonra pandemiya başladı, o dövrdə tikilən modul xəstəxanalar görülən işlər təqdirəlayiq idi. Əli Əsədovun yenidən seçilməsini dəstəkləyirəm”./bakivaxti