Ermənistanda etirazçılar İrəvan-Sevan yolunu bağladı - VİDEO

Ermənistanın Tavuş vilayətinin sakinləri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə razılaşmaya etiraz əlaməti olaraq İrəvan-Sevan yolunun Razdan rayonu ərazisindən keçən hissəsini bağlayıb.

Sabahinfo.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, onlara parlamentin “Ermənistan” blokundan olan deputatları Artur Xaçatryan və Arman Kazaryan da qoşulub.

Bir qədər sonra etirazçılarla polis arasında mübahisə yaranıb. Bir neçə nəfər saxlanılaraq, yaxınlıqdakı polis bölməsinə aparılıb.