Avropa çempionu müharibədə öldü

Ukraynanın əməkdar idman ustası, ağır atletika üzrə ikiqat Avropa çempionu, 2016-cı il Olimpiya Oyunlarının iştirakçısı Aleksandr Peleşenko müharibədə dünyasını dəyişib.

Sabahinfo.az xəbər verir ki, bu barədə  Ukrayna Milli Olimpiya Komitəsi "Facebook" səhifəsində məlumat yayıb.

Peleşenko Rusiya qoşunlarının genişmiqyaslı işğalının ilk günlərindən Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.