AZAL-dan Od çərşənbəsində Almatı və Astanaya aviabiletlərə endirim təklifi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir.

Bu barərə Sabahinfo.az-a AZAL-dan bildirilib.

Məlumata görə, aviaşirkət Novruz çərşənbələrindən biri olan Od çərşənbəsində Almatı və Astana istiqamətləri üzrə aviabiletlərə endirim təklif edir.

Xüsusi qiymətlər martın 5-də əldə edilən aviabiletlərə tətbiq edilir. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel–31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir.

Astana şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 169 manat, hər iki istiqamətdə 338 manat təşkil edir. Almatı şəhərinə bir tərəfə 239 manata, gediş-dönüş aviabiletlərini isə 399 manata əldə etmək olar.

Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.

Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.