Azərbaycan-Serbiya münasibətləri möhkəm dostluq əlaqələrinə əsaslanır

Azərbaycan xarici siyasətində hər zaman dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycana bu gün yaxın tərəfdaş və dost olan ölkələrdən biri də Serbiyadır Respublikasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir ay öncə Seribiya Respublikasında olarkən, prezidentlərin birgə bəyanatı zamanı hər iki dövlət başçısı ölkələrimiz arasındakı münasibətlərin sıx olmasından geniş səpkidə bəhs etdilər. Prezident Vuçiç öz səmimi çıxışları ilə Prezident İlham Əliyevin güclü Lider olmasını və Onun ölkəsinin maraqları naminə həyata keçirdiyi uğurlu siyasətin vacib əhəmiyyətini ictimaiyyətin diqqətinə çatdırdı.  Məlum olduğu kimi möhtərəm Sədr, cənab Prezidentin dəvəti ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç cari ilin dekabrın 21-də Azərbaycana səfərə gəlmişdir. Dekabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev hər iki ölkə arasındakı sıx əlaqələri qeyd edib, gələcək perspektivlər haqqında danışdı.

Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Doğrudan da bəyanatda Prezident Vuçiçin möhtərəm Prezidentimiz cənab İlham Əliyev haqqında dediyi səmimi fikirlər həm tarixi faktlardır, həm də bu təbii ki, Azərbaycan Prezidentinin böyük nüfuzundan irəli gəlir. Mən Sizin nailiyyətlərinizə görə sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən Sizin səmimi dostunuzuq. Nə üçün mən qısa çıxışıma bununla başladım? Çünki Azərbaycanda gördüyümüz belə sürətli inkişafı müasir dünyada yalnız çox az yerdə görmək olar. Bəziləri deyə bilərlər ki, bu, neft və qaza görədir.Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir.  

Ümumilikdə Azərbaycan Energetika sektoru ölkərimiz arasında olan əməkdaşlığımızın bir hissəsidir. Dünyada cərəyan edən proseslərlə əlaqədar olaraq hazır enerji sektoru daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Prezident İlham Əliyevin dediyi kimi:-  Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır.  Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidəki nüfuzu yüksək imic qazanıb. Hər birimiz üçün sevindirici hal ondan ibarətdir ki, Azərbaycan böyük inkişaf yolunda uğurla addımlayır.

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkiklatının sədri