Azərbaycan xalqının arzularını reallaşdıran Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Yevlax rayonunun Aşağı Bucaq, Yuxarı Bucaq, Xaldan və Ərəş kəndlərində yaşayan seçicilər ilə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, təşviqat qrupunun üzvləri Şakir İmanov, Məmmədəli Yusibov və Ariz Mikayılov vurğulayıblar ki, 20 illik fəaliyyəti dövründə Azərbaycanı inkişafın zirvəsinə qaldırmış möhtərəm Prezident İlham Əliyev həm də ərazi bütövlüyümüzü tam şəkildə təmin edən güclü Liderdir.

Təşviqat qrupunun üzvləri iştirak edən seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və güclü Lider cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də Azərbaycana qələbələr bəxş edən cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.