Azərbaycanda ali təhsilin müddəti 4 ildən 3 ilə endirilə bilər

Azərbaycan ali təhsilin müddəti 4 ildən 3 ilə azaldılmalıdır".

BAKU.WS-in məlumatına görə, bunu Milli Məclisin üzvü Emin Hacıyev bildirib.

Deputat əlavə edib ki, dövlət sifarişi və Tələbə krediti ilə yanaşı bəzi yeniliklər edilməlidir:

"Misal olaraq təhsil haqqının bir qismini dövlət hesabına ödənilməsi sistemi, bu şəxsin topladığı balın miqdarından aslı ola bilər. Şəxs dövlət sifarişini əldə edə bilmir. Amma yüksək bal toplamaqla biz ona qismən güzəştlər verə bilərik. Və yaxud müəyyən şərtlər daxilində təhsil haqqının dövlətin ödəməsi mexanizmi qurula bilər".