Azərbaycanda “Britaniya ştammı” aşkarlanmayıb - RƏSMİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusun ilk dəfə Böyük Britaniyada aşkarlanan ştammına rast gəlinməsi ilə bağlı iddialara münasibət bildirib.

TƏBİB-dən Sabahinfo.az -a verilən məlumata görə, ölkəmizdə "Britaniya ştammı"na yoluxma aşkar olunmayıb.
"Ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə hələ ki, qeydə alınmayıb", - deyə TƏBİB bəyan edib.