Azərbaycanda ər arvadını qətlə yetirib, özü isə intihara cəhd edib

Yevlax rayonunda kişi həyat yoldaşını ürəyindən bıçaqlayaraq qətlə yetirib, daha sonra özünə odlu silahdan atəş açaraq intihara cəhd edib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Tanrıqulular kəndində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 1963-cü il təvəllüdlü Zinyət Əyyub qızı Zamanova iki bıçaq xəsarəti ilə qətlə yetirilib. Bıçaq zərbələrindən biri onun ürək nahiyəsinə dəyib.

İntihara cəhd edən kişi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.