"Azərbaycanda internetin qiyməti ilə bağlı vəziyyət yaxşı deyil" - Deputat

"Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı vəziyyət heç də yaxşı deyil. Doğrudur, irəliləyiş var, müəyyən islahatlar həyata keçirilib, amma xaricə gedəndə və orada internetdən istifadə edəndə fərqi daha yaxşı başa düşürük. 

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib. O bildirib ki, bu problemin həll edilməsi ilə bağlı xərclər çox vaxt vətəndaşların üzərinə qoyulur:

“Şirkətlər xətlərin dəyişdirilməsi, avadanlıqların alınması üçün vətəndaşlardan vəsait istəyir. Mən düşünürəm ki, büdcədən vəsait ayrılır, ancaq tam nəticə əldə edə bilmirik".