Azərbaycan-İran münasibətləri qədim köklərə bağlıdır

Azərbaycanla İran dünya coğrafiyasında və siyasi münasibətlər arealında biri-biri ilə tarixi, mədəni bağlara malik dövlətlərdir.

Azərbaycan-İran münasibətləri çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Bu münasibətlərin formalaşması və inkişafında həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb.

Azərbaycan hər zaman bu məsələyə həssas və diqqətlə yanaşıb. Prezident İlham Əliyevin çıxışlarında da vurğulandığı kimi: "Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk. Ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərinə əsaslanaraq möhkəmlənir". Dövlət başçısının bu sözləri iki ölkə arasında həm coğrafi, həm də mənəvi bağlılığın dərinliyini nümayiş etdirir.

Azərbaycan hər zaman bu məsələyə həssas və diqqətlə yanaşıb. Prezident İlham Əliyevin çıxışlarında da vurğulandığı kimi: "Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk. Ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərinə əsaslanaraq möhkəmlənir". Dövlət başçısının bu sözləri iki ölkə arasında həm coğrafi, həm də mənəvi bağlılığın dərinliyini nümayiş etdirir.

Əsrlər boyu böyük dövlətlərin kəsişən maraqları nəticəsində müharibələrin, münaqişələrin, gərginliklərin yaşandığı bu bölgəni artıq sabitliyin, əmin-amanlığın, dostluq və əməkdaşlıq mühitinin hökm sürdüyü çiçəklənən, inkişaf edən regiona çevrilməsi üçün çox gözəl şərait yetişib.

Azərbaycan bu yolda bütün bölgə ölkələrinin ümumi rifahına töhfə verəcək nəhəng layihələrin reallaşdırılması istiqamətində təşəbbüslər göstərməkdə davam edir. Təbii ki, regionun ümumi inkişafı Azərbaycanın təşəbbüslərinin bölgə ölkələri tərəfindən dəstəklənməsi və birgə əməkdaşlıq şəraitində mümkündür.

Son dövrlərdə Azərbaycan və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter alıb və bu, ölkələrimiz arasında qonşuluq və dostluq münasibətlərinin möhkəmlənməsinə, eləcə də ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə əlverişli imkan yaradıb.

Azərbaycan–İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın vaxtaşırı iclaslar keçirməsi və bu toplantılarda iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı məqsədilə zəruri layihələrin müzakirəsi də iki qonşu ölkə arasında mövcud sosial-iqtisadi əməkdaşlığı möhkəmləndirir, əlaqələri genişləndirir.

Azərbaycan və İran arasında iqtisadi əlaqələr uzun müddətdir mövcuddur və müxtəlif sahələri əhatə edir. Hər iki ölkə özünün geosiyasi mövqeyi və iqtisadi maraqları baxımından bir-biri ilə ticarət və iqtisadi əməkdaşlıqda maraqlıdır. Bu əlaqələr əsasən neft və qaz, kənd təsərrüfatı, nəqliyyat və ticarət sahələrində inkişaf edib. Azərbaycanın İranla sərhəd boyunca yerləşməsi və həmçinin regional tranzit marşrutlarına çıxışı, bu ölkələr arasında iqtisadi əlaqələrin daha da güclənməsi üçün imkanlar yaradır.

Əminə Ağazadə

Milli Məclisin deputatı