Azərbaycanda qardaş bacısını öldürdü - Ağlasığmaz səbəb

Gəncədə qətl hadisəsi baş verib.

Sabahinfo.az bildirir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Belə ki, qardaş bıçaqla bacısını qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib. O, instaqramdan istifadə etdiyi üçün bacısının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, Əli Allagverdizadə hərbçidir./apa