Azərbaycanı məhv olmaqdan xilas edən DAHİ

Milli dövlətin mövcudluğu etnosların, xalqların bir millət kimi formalaşmasını və inkişafını şərtləndirən mühüm faktordur. Milli azadlıqları uğurunda mübarizə aparan xalqlar dövlət quraraq onun mövcudluğunu qoruyur, konkret hədəflərə doğru irəliləyirlər.

Azərbaycan xalqı da o xöşbəxt xalqlardandır ki, tarixi gedişatı öz xeyirinə dəyişərək milli maraqlarını realizə etməyi bacardı. Təbii ki, bu proses məşəqqətli, qanlaı-qadalı oldu. Etiraf etmək lazımdır ki, tarixi şəxsiyyət fenomeni olmasaydı, Azərbaycan xalqı milli dövlətçiliyini qoruyub saxlamaq üçün daha böyü qurbanlar verəcəkdi, təlatümlər uzun müddət siyasi səhnədən getməyəcəkdi. Xalqımızı gözlənilən bəladan çıxarmaq üçün gözlər eyni nöqtəyə tuşlanmışdı. Dahi şəxsiyyət, lider axtarışlarımız heç də uzun çəkmədi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi xalqı öz arxasına apardı. Onun keçdiyi həyat yolu yüksək insani-əxlaqi keyfiyyətlərlə doludur. Tariximizdə qeydə alınan intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu məhz Heydər Əliyevin rəhbərlik etdiyi illərə təsadüf edir. Tarixin XX əsrdə Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyət 70-ci illərinin əvvəllərindən başlamaqla 1990-cı illərin sonlarına doğru müstəqil, qüdrətli Azərbaycan dövlətini formalaşdırdı. Ümummilli liderin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin ən çətin zamanında böyük məsuliyyətin altına girərək xalqı vətəndaş qırğınlarından, səfalətdən xilas etməsi danılmaz faktdır. Hətta siyasi rəqibləri də etiraf edirlər ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri oldu.

Milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsi, azərbaycançılıq ideologiyasının sistemli hala salınması onun adı ilə bağlıdır. Ulu öndər hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanda sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü işlər olmasaydı, ölkəmiz müstəqillik illərində güclü iqtisadi, sosial və mənəvi dayaqlar üzərində olmayacaqdı. Ötən əsrin sonlarına doğru dövlətçiliyini bərpa edən, azadlığına qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın inkişafının başlanğıc mərhələsi Ulu öndərin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir.

Var gücü olə azərbaycançılıq ideyasının inkişafına çalışan, bütün fəaliyyətlərində Vətənə olan bağlılığını, sevgisini biruzə verən Ümummilli lider milli həmrəyliyi Azərbaycanın dövlət siyasətinin ana xəttinə çevirə bildi. Böyük siyasi düşüncə sahibi, strateq olan Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq reak güc faktoruna çevirildi. Məhz güclü azərbaycançılıq məfkurəsi Azərbaycanın qüdrətini artırdı, müdafiə olunan bir dövlətdən hücuma keçən, diktə edən bir dövlətə çevirdi. Ulu öndər çox yaxşı anlayırdı ki, dövlətçilik, vətənpərvərlik, milli ruh hissləri yüksək olmayan xalq milli dövlətini inkişaf etdirə, onu bütün təhdidlərdən qoruya, qalib bir dövlətə çevirə bilməz. Azərbaycanın xalqının iradəsinin gücü bir hədəfə istiqamətlənmişdi. Ölkəmizdə həyata keçirilən bütün sosial, iqtisadi, hərbi proqramlar, milli, mənəvi vətənpərvərlik ruhunun qaldırılması istiqamətində görülən işlər bir hədəfə istiqamətlənmişdi. Qarabağ münaqişəsi Azərbaycanın milli maraqları çərşivəsində həll edilməliydi. Heydər Əliyev dühası tərəfindən başladılan siyasi Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla inkişaf etdirilərək Azərbaycanın daha azad, daha böyük, daha güclü dövlətə çevrilməsinə vəsilə oldu. 30 illik işğala son qoyan, ərazi bütövlüyünü bərpa edən, suverenliyinə qovuşan Azərbaycan nəyinki Cənubi Qafqaz regionunda, Avropa və Asiyada da önəmli söz sahibinə çevrilib. Şübhəsiz ki, bu Zəfərin nəzəri-deoloji təməli Heydər Əliyev tərəfindən qoyuldu. Bu gün Ulu Öndərin ruhu şaddır. Onun ən böyük arzusu üçrəngli bayrağımızın Qarabağda dalğalanmasını görmək idi. Hazırda Azərbaycan bayrağı Qarabağ və Şərqi Zəngəzurda dalğalanır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderimizin tapşırıqlarını, ona həvalə etdiyi bir nömrəli missiyanı uğurla həyata keçirdi.

Bu gün Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 20 il ötür. Eyni zamanda 2023-cü il mayın 10-da Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olub. Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabr tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Azərbaycan xalqı “Heydər Əliyev İli”ndə Heydər Əliyevi böyük ehtiram hissilə anır!

Arzu Həziyeva