Azərbaycanla Qazaxıstan arasında protokol imzalandı

Azərbaycanla Qazaxıstan arasında Hökumətlərarası Komissiyanın 19-cu iclasında protokol imzalanıb.

Sabahinfo.az xəbər verir ki, protokolu Azərbaycan tərəfindən Azərbaycan energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfindən isə Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin imzalayıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycanla Qazaxıstan arasında Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilib.