Fəzail Ağamalını niyə ginekoloq müalicə edir... - Rəylər

Deputat Fəzail Ağamalıyla onun keçmiş həmkarı, bəstəkar Hüseyn Abdullayev arasında münasibətlərin yenidən kəskinləşməsi cəmiyyətdə və mediada müzakirələrə səbəb olub.

AzNews.azxəbər verir ki, sözügedən şəxslərin arasındakı gərginliyin yenidən qızışmasına səbəb Hüseyn Abdullayevin bir neçə gün əvvəl Fəzail Ağamalı haqqında sosial şəbəkədə yazdığı status olub. Həmin statusda keçmiş millət vəkili Fəzail Ağamalını aşağılayan fikirlər və müəyyən eyhamlı ifadələr səsləndirib. Hüseyn Abdullayev statusunda bildirib ki, onun mandatdan məhrum edilməsinə səbəb olan Fəzail Ağamalının şikayətində kəllə-beyin travması aldığı göstərilirdi. Lakin müəyyən olunub ki, həmin diaqnozla 21 gün müddətində xəstəxanada yatmalı və müalicə almalı olan F.Ağamalı ev şəraitində müalicə olunub. O, məhkəmə ifadəsində müalicəsinin ixtisasca həkim olan gəlini tərəfindən aparıldığını qeyd edib. Lakin araşdırma zamanı məlum olub ki, F.Ağamalının gəlini ginekoloqdur. Keçmiş deputat başından xəsarət alan F.Ağamalının müalicəsini bir ginekoloqun etməsini özünüifşa kimi təqdim edib, eyni zamanda onun mənəvi aşınmalarının olduğuna və digər aşağılayıcı məsələlərə də eyhamlar vurub...

Bu statusdan sonra Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasından açıqlama yayılıb. Açıqlamada H.Abdullayevin yalan danışdığı, onun məhkəmədə üzr istədiyi, eləcə də anasının F.Ağamalı qarşısında diz çöküb ağladığı bildirilib.

Məsələ sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri müzakirələrdə Hüseyn Abdullayevi kəskin tənqid edir, onu xəyanətkar, satqın və öz komanda yoldaşlarını atıb gedən şəxs kimi təqdim edirlər. Bəziləri isə Fəzail Ağamalını xarakter etibarı ilə əks cinsin nümayəndələrinə bənzədir və belə şəxsin ginekoloq tərəfindən müalicə olunmasına təəccüblənmədiklərini dilə gətiriblər.

Həmin müzakirələrdən yalnız bir qismini təqdim edirik: